Aleksandr Vuçiç İSTEFA VERDİ
Bizi izləyin

Avropa

Aleksandr Vuçiç İSTEFA VERDİ

Serbiya Prezidenti Aleksandr Vuçiç hazırda ölkədə hakim partiya olan Serb Tərəqqi Partiyasının rəhbəri vəzifəsini tərk etdiyini açıqlayıb.

Bu barədə Publika.az RTS-ə istinadla xəbər verir.

Vuçiç "Ümid Serbiyası" adlı toplantıda deyib ki, partiyanın birliyə həmişəkindən daha çox ehtiyacı var. O, sülhün hər saniyəsi üçün mübarizə aparacağını, lakin Kosovonun şimalında və Metohiyada serblərə hücum olacağı təqdirdə Serbiyanın da boş oturmayacağını bildirib.

"Bu, sizə partiya sədri kimi müraciət etdiyim son axşamdır, sabah başqası mənim üzvü olduğum partiyaya rəhbərlik edəcək", - Vuçiç deyib.

Qeyd edək ki, mayın 27-də Vuçiçin təklifi ilə Serbiyanın hazırkı müdafiə naziri Miloş Vuçeviç partiyanın dədri seçilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm