Aİ bu ölkəyə "pul dolu paket" verəcək
Bizi izləyin

Avropa

Aİ bu ölkəyə "pul dolu paket" verəcək

Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onların fikrincə, plan ictimaiyyətə açıqlanmadan əvvəl dəyişikliklərə məruz qala bilər.

Agentlik bildirir ki, Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyi gözləyir.

Paket bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Bildirilir ki, Ukraynaya dəstək planı Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması çərçivəsində həyata keçiriləcək.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm