Polşada HIMARS Akademiyası yaradılır
Bizi izləyin

Avropa

Polşada HIMARS Akademiyası yaradılır

Polşanın müdafiə naziri Mariuş Blaşçak respublikada HIMARS Akademiyasının və 1-ci Raket Briqadasının yaradılması haqqında əmr imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa hərbi idarəsinin mətbuat xidmətinin məlumatı yayıb.

Bildirilib ki, raket qoşunları briqadası Torun və Orşişdə yerləşdiriləcək. HIMARS Akademiyası bu silah sistemi üçün mütəxəssislər hazırlayacaq. Onun formalaşması "Abrams"Akademiyasının yaradılmasının uğurlu təcrübəsinə əsaslanır.

Gözlənilir ki, amerikalı tərəfdaşlarla əməkdaşlıq Polşaya HIMARS sistemi üçün ekipajları daha da öyrətməyə imkan verəcək, əsgərlər yüksək səviyyədə təlim keçəcək.

Müdafiə naziri vurğulayıb ki, bu qərar Polşanın öz müdafiə potensialını gücləndirmək istəyini əks etdirir və öhdəliklərinə sadiqliyini təsdiqləyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm