Avropa
PUA hücumu ABŞ-ı HƏRƏKƏTƏ KEÇİRDİ: "F-16" qırıcıları bu ölkəyə göndərilir
ABŞ hava məkanının təhlükəsizliyini təmin etmək üçün Rumıniya ərazisində bir neçə "F-16" döyüş təyyarəsi yerləşdirməyi qərara alıb.
Publika.az xəbər verir ki, bu barədə "Radio Romania International" Rumıniya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Rumıniyada tapılan pilotsuz uçan aparatın (PUA) qalıqları ilə bağlı insident Rumıniyanın xarici işlər naziri Luminica Odobescu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı müzakirə olunub.
"Onlar həmçinin hava məkanının təhlükəsizliyini qorumaq üçün ikitərəfli əməkdaşlığı gücləndirmək yollarını müzakirə ediblər, bu kontekstdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarələrinin Rumıniya ərazisinə yerləşdirilməsindən bəhs edilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rumıniya diplomatiyasının rəhbəri ABŞ-ın dəstəyini alqışlayıb, NATO-nun Qara dənizdə və regionda baş verən hadisələrə ayıq-sayıq qalmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 6-da Rumıniyada Ukrayna ilə sərhədə yaxın ərazidə, Tulcea qraflığının Plauru kəndi yaxınlığında PUA hissələri aşkar edilib.
Ölkə prezidenti Klaus İohannis insidentlə bağlı ciddi fəsadlar barədə xəbərdarlıq edib və PUA-nın ölkə ərazisinə düşməsinin şərtlərinin hərtərəfli araşdırılmasına çağırıb.
NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, alyansın Rumıniyada tapılan PUA qalıqlarının Rusiyanın qəsdən hücumu olduğuna dair məlumatı yoxdur.
Hüseyn İbadlı
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI










.jpg)





















