Molla rejimi Aİ-ni eşitmir: 500 gündən çoxdur ki...
Bizi izləyin

Avropa

Molla rejimi Aİ-ni eşitmir: 500 gündən çoxdur ki...

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell İranda 500 gündən artıqdır ki, həbsdə olan isveçli Aİ diplomatı Yohan Floderusun azad edilməsi üçün çalışdıqlarını bildirib.

Publika.az xəbər verir ki, Borrell bu barədə Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında İranla bağlı sessiyada çıxışında deyib. 22 yaşlı Məhsa Əmininin 2022-ci ilin sentyabrında polis tərəfindən öldürülməsindən 1 il keçdiyinə diqqət çəkən Borrell, Aİ-nin İranda insan haqları pozuntularına görə 9 sanksiya paketi qəbul etdiyini xatırladıb.

O qeyd edib ki, Aİ İranın Ukraynadakı müharibə üçün Rusiyaya etdiyi yardıma da sərt reaksiya verib. Münasibətlərin aşağı səviyyəyə enməsinin ən mühüm dönüş nöqtələrindən birinin bu ölkədə saxlanılan Aİ vətəndaşları məsələsi olduğunu vurğulayan Borrell, İsveçin AB Xarici Əlaqələr Xidmətinin əməkdaşı Yohan Floderusun İranda 500 gündən çoxdur saxlanıldığına diqqət çəkib.

Aİ-nin bu mövzuda passiv qalması ilə bağlı tənqidlərə münasibət bildirən Borrel, "Biz Floderusun azadlığa çıxması, üçün çalışırıq. Ən başından bəri bunu edirik. Əlimizdə olanlarla bunu etməyə davam edəcəyik. İsveç səlahiyyətliləri ilə işləyirik və vətəndaşlarını geri almağa öncə onlar cavabdehdir",- deyə bildirib.

"Biz həmçinin İranla siyasi əlaqələrə yanaşma tərzini saxlamalıyıq. Vətəndaşlarımızı, maraqlarımızı və İran xalqının fundamental hüquqlarını dəstəkləmək üçün diplomatik kanalları açıq saxlamaq vacibdir", - o əlavə edib.

Deputatların Aİ-nin İran İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına əlavə etməməsi ilə bağlı tənqidlərinə gəlincə, Borrel bunun yalnız üzv ölkələrdən birində məhkəmə qərarından sonra mümkün olacağını qeyd edib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm