Avropa
Neonasist qrupun fəaliyyəti qadağan edildi
Almaniya Daxili İşlər Nazirliyi “Hammerskins Germany” adlı irqçi neonasist qrupun fəaliyyətini qadağan edib.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən açıqlamada ifrat sağçı "Hammerskins" və onlara dəstək verən “Crew 38” qruplarının konstitusiya quruluşuna qarşı olduqları səbəbi ilə qadağan edildiyi bildirilib. Açıqlamada, qadağa qərarından sonra səhər saatlarında 10 əyalətdə 28 yaşayış məntəqəsinə basqın edildiyi və qrupun mallarına həbs qoyulduğu qeyd edilib.
Daxili İşlər Naziri Nensi Faeser qadağa ilə bağlı verdiyi açıqlamada, "Qadağa mütəşəkkil ifrat sağçılığa ağır zərbədir. Bu qadağa ilə Almaniyada beynəlxalq səviyyədə fəaliyyət göstərən neonasist dərnəyinin qeyri-insani fəaliyyətinə son qoyduq. Bunu etməklə biz irqçilik və antisemitizmə qarşı açıq siqnal göndərmiş oluruq" ifadələrini işlədib. İfrat sağçıların Almaniyanın demokratiyası üçün ən böyük təhlükə olaraq qaldığına diqqət çəkən Faeser, "Buna görə də ifrat sağçı strukturları məhv etmək üçün bütün qətiyyətimizlə hərəkət etməyə davam edirik", - deyə əlavə edib.
"Qadağa mütəşəkkil ifrat sağçılığa ağır zərbədir. Bu qadağa ilə Almaniyada beynəlxalq səviyyədə fəaliyyət göstərən neonasist dərnəyinin qeyri-insani fəaliyyətinə son qoyduq. Bunu etməklə biz irqçilik və antisemitizmə qarşı açıq siqnal göndərmiş oluruq", - nazir açıqlamasında deyib.
Faeser qadağaya hazırlıqların bir ildir aparıldığını bildirərək, ABŞ rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Ölkədə təxminən 130 üzvü olan "Hammerskins Germany", 1988-ci ildə ABŞ-da qurulan "Hammerskins Nation" təşkilatının davamıdır. Qrup Almaniyada konsert tədbirləri təşkil etməklə ifrat sağçı təbliğat aparır.
“Hammerskins Germany”nin fəaliyyətinin dayandırılması ilə ölkədə Daxili İşlər Nazirliyinin qadağan etdiyi irqçi təşkilatların sayı 20-yə yüksəlib.
Nəzrin
-
Sosial07:55
Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı
-
Yaxın Şərq02:19
Suriyada inanılmaz ucuzlaşma: 20 dollarlıq məhsul bir dollara satılır - FOTO
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni fürsətlərə açıq olun!
-
Hadisə17 Yanvar 23:10
Azərbaycanda dəhşətli partlayışda yaralananların SON DURUMU
-
Kriminal17 Yanvar 22:52
Arayikin məhkəmədə ŞOK İFADƏSİ - VİDEO/YENİLƏNDİ
-
Magazin117 Yanvar 22:50
Şadlıq sarayında Renkanı təhqir etdilər - VİDEO
-
Hadisə17 Yanvar 21:59
Azərbaycanda evdə partlayış oldu: 5 nəfər xəsarət aldı - FOTO/VİDEO
-
Elm və təhsil17 Yanvar 21:37
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA