Avropa
Papa Fransisk Ukraynaya qarşı verilən bu qərara görə MƏYUS OLDU
Müxtəlif ölkələrin Ukraynaya silah yardımı ilə bağlı fikirlərini dəyişdirdiyini görürəm. Həmin ölkələr Ukrayna xalqının şəhid olacağı bir prosesə başlayırlar və bu, qəbuledilməz haldır.
Publika.az xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Fransanın Marsel şəhərindən apostol səfərindən qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Papa Fransisk Ukraynada sülh missiyasının rəhbəri kimi təyin etdiyi İtaliya Yepiskopları Konfransının prezidenti, Bolonya arxiyepiskopu kardinal Matteo Zuppinin təşəbbüslərində bu vaxta kimi konkret irəliləyişin olmamasından məyusluğunu ifadə edib.
“Bir qədər məyusluq var. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu məsələdə kömək etmək üçün hər şeyi edir və Matteo Zuppi də indiyədək müxtəlif səfərlər həyata keçirib. Rusiyaya aparılan ukraynalı uşaqlarla bağlı məsələdə irəliləyiş var. Ukraynalılar bu gün və tarix boyu çox əziyyət çəkiblər. Bu xalqın şəhid olması ilə bağlı oyunlar oynamamalıyıq. İmkan daxilində onların problemlərinin həllinə kömək etməliyik”, – deyə pontifik vurğulayıb.
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”