Avropa
Türkiyə bu Avropa ölkəsinə təbii qaz ixrac edəcək

Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, BOTAŞ ilə Rumıniyanın OMV Petrom neft şirkəti arasında edilən razılaşmaya görə, Rumıniyaya gündəlik 4 milyon kubmetrə qədər təbii qaz ixrac ediləcək.
Məlumata görə, Rumıniyanın OMV Petrom neft şirkəti ilə ixrac müqaviləsi imzalanıb. Gündə 4 milyon kubmetrə qədər təbii qaz tədarükünü təmin edən müqavilə çərçivəsində 1 oktyabr 2023-cü il - 31 mart 2025-ci il tarixləri arasında Türkiyədən Rumıniyaya təbii qaz boru kəmərləri ilə ixrac ediləcək.
Tərəflər ötürmə, saxlama, istehsal və yaşıl enerji texnologiyaları, eləcə də təbii qaz ticarəti sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bugünədək bölgə ölkələri arasında yer alan Yunanıstan, Bolqarıstan və Macarıstana təbii qaz ixracı ilə bağlı razılaşmalar əldə edilib. Yeni ixrac müqavilələri üçün bir çox ölkə və şirkətlərlə danışıqlar davam edir.
Mehti Kamiloğlu

-
Sosial03:43
Şarlar nə dərəcədə təhlükəlidir? - VİDEO
-
Sosial02:42
Murad Rzayevə ağır itki
-
Magazin102:12
Hüseyn trenddəki müğənnilərə söz atdı - VİDEO
-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO
-
ABŞ28 Noyabr 22:12
ABŞ-ın UNO PLANI: "Xüsusi hərbi hissələr göndəriləcək"