Ukrayna ilə bağlı dəhşətli statistika: ölkədə cəmi bu qədər əhali qalıb
Bizi izləyin

Avropa

Ukrayna ilə bağlı dəhşətli statistika: ölkədə cəmi bu qədər əhali qalıb

Ukrayna əhalisi azalmaqda davam edir və hazırda ölkədə 23 milyon insan yaşayır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin keçmiş baş naziri Nikolay Azarov "Telegram" kanalında məlumat verib .

Qeyd edilir ki, Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə , 2022-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 41 milyon nəfərdən çox olub.

“Ölkədə 23 milyon insan qalıb və yalnız 3,5 milyon ukraynalı döyüşləri davam etdirə bilər. Ukraynanın əmək qabiliyyətli gəncləri isə kütləvi şəkildə ölkəni tərk edirlər”, - Azarov bildirib.

Sabiq baş nazir qeyd edib ki, ölkədə səfərbərlik sürətlə davam edir. O xatırladıb ki, Ukrayna bu yaxınlarda hərbi xidmətə çağırışla bağlı tələbləri, o cümlədən HİV, hepatit və əqli qüsurlu insanların səfərbər edilməsi barədə qərar qəbul edib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm