Norveç “Vaqner”in sabiq muzdlusuna sığınacaq vermədi, amma...
Bizi izləyin

Avropa

Norveç “Vaqner”in sabiq muzdlusuna sığınacaq vermədi, amma...

Norveç” Vaqner PMC”-nin keçmiş muzdlusu Andrey Medvedevə sığınacaq verməkdən imtina edib, lakin ölkə hakimiyyəti onu Rusiyaya deportasiya etməyi planlaşdırmır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Rusiya vətəndaşının vəkili Brinjulf ​​Riznesə istinadən məlumat yayıb.

O, həmçinin əlavə edib ki, Medvedev Norveç Miqrasiya Xidmətinin qərarından şikayət etməyi planlaşdırır. Rusiyada o, fərariliyə görə cəzalandırıla bilər. Norveç hakimiyyəti öz qərarını Medvedevin sıravi hərbçi olmaması ilə əsaslandırıb, ona görə də o, cinayət təqibindən immunitetə ​​sahib deyil.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm