Avropa
Fransada onlar da tətil etdilər: Ağır şəraitdə işləyirik
Fransada təqaüd yaşını tədricən 64-ə qaldıran islahatlara reaksiya olaraq liman işçiləri tətilə çıxıblar.
Publika.az xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Marsel və Havr da daxil olmaqla müxtəlif limanlardakı işçilər pensiya islahatına etiraz olaraq işi bir günlük dayandırıblar.
Təqaüd yaşını 62-dən 64-ə qədər artıran islahatlara etiraz edən liman işçilərinin tətili səbəbindən limanlarda fəaliyyət dayandırılıb.
Tətilçilər Havr limanının bütün girişlərini bağlayıb, həmçinin avtomobil təkərlərini yandırıblar.
Liman işçiləri ağır iş gördükləri üçün daha erkən yaşda təqaüdə çıxmaq istəyirlər.
Fransada 2023-cü il martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulundan sonra kütləvi nümayişlər başlayıb.
Polis etirazçılara sərt müdaxilə edib, ölkənin bir çox yerində zorakılıq hadisələri yaşanıb.
Ölkədə islahat əleyhinə keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
Sözügedən qanun layihəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən imzalanıb və aprelin 15-də Rəsmi Qəzetdə dərc edilib.
Tural
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO