Avropa
NATO Ukraynaya bir milyon dron verəcək
Şimali Atlantika Alyansının (NATO) bir qrup ölkəsi hərbi yardım çərçivəsində bir milyon pilotsuz uçuş aparatını ukraynalı hərbçilərə vermək istəyir.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq brifinqdə məlumat verib. O bildirib ki, fevralın 15-də Ukrayna-NATO Şurasının növbəti iclası keçirilib. Xüsusilə Ukraynanın müdafiə naziri Rustem Umerov cəbhədəki vəziyyət barədə müttəfiqlərini məlumatlandırıb. NATO ölkələri isə davamlı dəstəyin vacibliyini vurğulayıb. Y.Stoltenberq onu da deyib ki, son bir neçə gündə Kanada, Finlandiya və Norveç də daxil olmaqla müttəfiqlər Ukraynaya F-16 üçün avadanlıq və ehtiyat hissələri, həmçinin hava hücumundan müdafiə avadanlıqları daxil olmaqla yeni hərbi yardım paketləri elan ediblər.
"Bir qrup müttəfiq Ukrayna üçün bir milyon pilotsuz təyyarə tədarük etmək məqsədilə birləşir. 20 NATO müttəfiqi də minalardan təmizləmə üçün koalisiya yaratmaq barədə razılığa gəlib. Bütün bunlar ukraynalıların həyatını xilas etməyə kömək edəcək", - deyə Baş katib əlavə edib.
Xatırladaq ki, əvvəllər NATO ukraynalı hərbçilərə kömək etmək üçün 20-dən çox ölkənin qoşulduğu koalisiya yaradıb.
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək