Avropa
Məşhur kanal "Bayer"in matçında mahnımızı səsləndirdi - VİDEO
Böyük Britaniyanın məşhur idman telekanalı “Sky Sports” rəsmi “Instagram” səhifəsindəki paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib.
Publika.az xəbər verir ki, söhbət Azərbaycanın dünyaca məşhur mahnısı olan “Cücələrim”dən gedir.
Belə ki, telekanal Almaniyanın “Bayer 04” komandasının futbolçusu Qranit Cakanın “Maynz”ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnının sədaları altında paylaşıb.
Xatırladaq ki, Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer 04” - “Maynz” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı açan Q.Cakanın qolu qədər qol sevinci də gündəm olub. Oyunda baxımlı qola imza atan futbolçu qol vurduqdan sonra özünü zədələnmiş kimi göstərib. Ona bu “tamaşa”da komanda yoldaşları da kömək olublar. Futbolçunun zədələndiyini düşünən baş məşqçi Xabi Alonso və həkimlər briqadası olduqca narahat olsalar da, həqiqəti öyrəndikdən sonra onların da simasında gülüş yaranıb.
Bu gönderiyi Instagram'da gör
İdman18:12Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
Sosial17:40“Qara qutu"nun incələnməsinə başlanıldı
Sosial17:10Əli Əsədov daha bir qərar imzaladı
Dünya16:10Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
Yaxın Şərq15:57İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
Hadisə14:42Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
Nida Xəbər 14:15İran prezidenti İlham Əliyevə zəng etdi
Dünya13:39Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...