Avropa
Rusiyanın planı 2 həftə idi, amma... - Borrell
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell İspaniyanın La Sexta televiziyasında yayımlanan "El Intermedio" proqramında qonaq olaraq Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.
Publika.az xəbər verir ki, Borrell Avropanın şərqindəki müharibənin bitəcək kimi görünmədiyini deyib:
“Biz avropalılar başa düşməliyik ki, aramızda olan sülh istisnadır. Dünyada həddən artıq zorakılıq var və qəddar qüvvələr getdikcə üstünlük təşkil edir. Müharibə olan yerlərdə coğrafiya vacibdir. Ukrayna və Qəzzadakı döyüş isə torpaq uğrundadır. Şükürlər olsun ki, biz müharibədə deyilik və olmayacağıq da, lakin müdafiə qabiliyyətimizi artırmaq barədə düşünməyə başlamalıyıq. Müharibədə olsaydıq, hazırda Üçüncü Dünya Müharibəsindən danışardıq”.
Aİ rəsmisi Ukrayna ordusuna təlim keçdiklərini diqqətə çatdırıb: “İndiyədək 40 mindən çox ukraynalı əsgərə təlim keçmişik. Ukraynaya əsgər göndərmişik. Kömək edirik və etməyə də davam edəcəyik. Bunu etməsək, Ukrayna özünü müdafiə edə bilməz. Fərq ondadır ki, müharibədə olan ölkəyə kömək etmək bir şeydir, müharibədə iştirak etmək başqa şeydir. Rusiya iki həftə davam edəcək müharibə istəyirdi. Bu onun planı idi. Belə olmadı, iki həftə yox, iki il çəkdi”.
Aysel Şahmar
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO