Deputat həmkarlarının telefon nömrələrini yaydığı üçün üzr istədi
Bizi izləyin

Avropa

Deputat həmkarlarının telefon nömrələrini yaydığı üçün üzr istədi

Britaniyada Mühafizəkarlar Partiyasının deputatı Uilyam Vraq bir tanışlıq proqramında tanış olduğu şəxsə bəzi deputatların şəxsi telefon nömrələrini verib.

Publika.az xəbər verir ki, Uilyam Vraq baş verənləri “The Times”a etiraf etdikdən sonra hərəkətlərinə görə üzr istəyib.

Uilyam Vraq qorxduğu üçün belə etdiyini deyib.

Məlum olub ki, Uilyam Vraq tanışlıq proqramındakı şəxsə öz intim şəkillərini yolladıqdan sonra, həmin şəxs tərəfindən təhdidlərə məruz qalıb. Bundan sonra isə Uilyam Vraq onu təhdid edən şəxsə arasında hökumət naziri, müşavirlər, bəzi sabiq deputatlar və parlamentdəki siyasi jurnalistlərin də olduğu ən azı 12 nəfərin telefon nömrəsini verib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Uilyam Vraq 2015-ci ildə Böyük Mançester seçki dairəsindən deputat olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm