Bu ölkə Rusiyaya meydan oxudu: NATO istəsə, nüvə silahını...
Bizi izləyin

Avropa

Bu ölkə Rusiyaya meydan oxudu: NATO istəsə, nüvə silahını...

NATO müttəfiqləri qərar verərsə, Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda bildirib.

Onun sözlərinə görə, nüvə silahlarının Polşada yerləşdirilməsi bir müddətdir ki, ABŞ ilə “danışıqların mövzusu olub”.

O, bunun NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb: “Əgər müttəfiqlərimiz öz ərazimizdə də nüvə silahından birgə istifadənin bir hissəsi kimi nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq”.

Duda qeyd edib ki, Rusiya Polşa ilə həmsərhəd olan Kalininqrad bölgəsini “daha çox hərbiləşdirir”. Onun sözlərinə görə, Rusiya bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb. Polşa prezident vurğulayıb ki, Amerika silahlarının yerləşdiriləcəyi təqdirdə, Polşa NATO müttəfiqi kimi öz öhdəliklərini yerinə yetirəcək.

Hələ 2022-ci ilin oktyabrında Polşa prezidenti Anjey Duda ABŞ-ın nüvə silahı mübadiləsi proqramına çıxış əldə etmək planlarını açıqlamışdı. O, bunu Polşanı Rusiya tərəfindən artan təhlükələrdən qorumaq istəyi ilə izah edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm