Avropa
Onlar Rişi Sunakı yola sala bilələr: "Söhbət siyasətdə deyil..."
Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə üzvü mayın 2-də keçiriləcək bələdiyyə, yerli və regional seçkilərdən sonra baş nazir Rişi Sunakı vəzifəsindən azad etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
“Sorğular və fokus qrup araşdırmalarının göstərdiyi kimi, Rişi Sunakın heç bir əhəmiyyəti yoxdur. Söhbət siyasətdən deyil, insanlardan gedir. Sadəcə olaraq, insanlar onu sevmirlər”, - deputat bildirib.
Bundan əvvəl “The Telegraph” qəzeti Britaniyanın hazırkı baş naziri Rişi Sunakın Mühafizəkarlar partiyasının qarşıdan gələn seçkilərdə fəlakətli məğlubiyyətə uğrayacağını yazmışdı. 14,000 nəfərin rəyi soruşulan araşdırma, Torilərin parlamentdə cəmi 169 yer, Keir Starmerin müxalif İşçi Partiyasının isə 385 yer qazanacağını və 120 səslə öndə olacağını proqnozlaşdırır.
Materialda qeyd olunur ki, bu nəticənin 1906-cı ildən bəri hakim partiyaya dəstəyin ən böyük azalmasını nümayiş etdirəcəyi gözlənilir.
Hüseyn İbadlı
-
Sosial12 May 23:48
Gömrük bağlamanı aça bilər? - RƏSMİ AÇIQLAMA / VİDEO
-
İKT12 May 23:24
DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: "Əgər kimsə sizə zəng edərək..."
-
Hadisə12 May 22:12
İsmayıllıda yol çökdü, təhlükəli vəziyyət yarandı - VİDEO
-
Səhiyyə12 May 22:00
Həkim insultun əsas əlamətlərini AÇIQLADI
-
MDB12 May 21:36
Belqoroda RAKET HÜCUMU: ölənlərin sayı artdı - YENİLƏNDİ
-
Art12 May 20:48
Xalq artisti qalmaqallı serialdan DANIŞDI: "O qədər "hayla" qəbul ediləsi işlərimiz var ki..."
-
Sosial12 May 20:36
Ermənistanın bir addımlığında: Əlibəyli kəndindən maraqlı görüntülər - VİDEO
-
Sosial12 May 20:00
Toyda QƏRİBƏ ADƏT: bəyin başına görün nə qoyuldu - VİDEO