Art
Xalq artisti qalmaqallı serialdan DANIŞDI: "O qədər "hayla" qəbul ediləsi işlərimiz var ki..."
Xalq artisti Afaq Bəşirqızı son zamanlar gündəmə çevrilən “Alatava” serialı ilə bağlı fikirlərini bildirib.
Publika.az xəbər verir ki, sənətçi bu barədə “Söz-baz” verilişində danışıb və layihəni bəyəndiyini deyib.
“Axır zamanlarda uşaqlar həyati filmlər çəkirlər. Və həyati filmlərdə həmin o vəziyyətdə olan frazalardan istifad edirlər. Bunu artıq rus filmlərinin özündə də çoxdan istifadə edirlər. Mən Rasimi (red. – Xalq artisti Rasim Balayev) çox gözəl başa düşürəm. Biz artıq yaşlı adamlarıq. Biz gənclərə imkan verməməliyik ki, uğursuzluğa getsinlər. Filmlər çox keyfiyyətli çəkilib. Mən həmin o dəstənin bundan başqa filmlərinə də baxmışam. Mənim şəxsən xoşuma gəlib. Bəlkə, mən də həyatda elə adamam. Mən əsəbiləşəndə, həqiqətin çılpaqlığını bildirmək istəyəndə, məndə olur. Amma bunu birdən-birə belə bir “hayla” qəbul etmək olmaz. Bizim o qədər “hayla” qəbul ediləsi işlərimiz var ki. İndi sən gəncə deyə bilməzsən. Əksinə, gənclər “Alatava” və başqa filmlərlə tərbiyələnəcəklər. Çünki o artıq çılpaqlığı, yoxluğu görür, ona görə də etməyəcək. Bu dəqiqə “eləmə” vaxtı deyil. “Eləsən bu olacaq” deyərək göstərmə vaxtıdır”, - deyə, o, söyləyib.
Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur ekran işini tənqid edərək bəyənmədiklərini demişdilər. (OLAY)
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

























.jpg)













