Səhiyyə
Həkim insultun əsas əlamətlərini AÇIQLADI
Kəskin baş ağrıları, üzün əyriliyi, hərəkətlərin zəif koordinasiyası və başgicəllənmə insultun əsas əlamətləridir.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzinin Federal Dövlət Büdcə Qurumunun 2 saylı Elmi Mərkəzinin Nevrologiya və Paroksismal Vəziyyətlər Mərkəzinin rəhbəri Yelena Surskaya məlumat verib.
"Siz qəfil başlayan titrəyişli baş ağrıları, üzdə əyilmə, hərəkətlərin koordinasiyasının pozulması, başgicəllənmə, qol və ayaqda, bədənin bir yarısında uyuşma və zəiflik, görmə qabiliyyətinin kəskin pisləşməsi, nitqdə dəyişiklik kimi əlamətlərin görünməsinə diqqət yetirməlisiniz". Surskaya deyib.
Onun sözlərinə görə, bu simptomlar baş verməmişdən əvvəl qan təzyiqinin kəskin yüksəlməsi və uzun müddət davam edən baş ağrıları ola bilər. Həkim qeyd edib ki, bu əlamətlər hər növ insult üçün xarakterikdir.
Surskaya həmçinin bildirib ki, fokus simptomları beynin hansı hissəsinin təsirləndiyini anlamaq üçün istifadə edilə bilər. O qeyd edib ki, qol və ayaqda zəifliyin, hətta iflic vəziyyətinə qədər inkişafı beyinin hərəkətə cavabdeh olan nahiyədə zədələnməsini göstərə bilər.
Hüseyn İbadlı
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






















.jpg)













