Hadisə
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU

Mayın 27-də Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindəki evdə 44 yaşlı Natavan Əhmədovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, N.Əhmədovanın müəllim kimi işlədiyi bildirilsə də, onun Zaqatala rayon Çüdülbinə kənd kitabxanasının kitabxanaçısı vəzifəsində çalışması dəqiqləşib.
Qardaşı tərəfindən güllələnərək qətlə yetirilən Natavanın fotosunu təqdim edirik:
Qeyd edək ki, hadisənin qısqanclıq zəminində törədilməsi iddia edilib. Bildirilib ki, atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada 35 yaşlı Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.
Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır. N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.
Tutqut Seyidov

-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?