İsrailin bu ölkədəki baş konsulluğuna hücum edilib
Bizi izləyin

Avropa

İsrailin bu ölkədəki baş konsulluğuna hücum edilib

İsrailin baş konsulu Taliya Lador Münhendəki missiyaya hücum edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, hücumun mayın 22-nə keçən gecə baş verdiyini deyib.

“Bu, Almaniyanın cənubunda İsrail Dövlətinin rəmzinə hücumdur. Münhen polisinə sayıqlığına görə təşəkkür etmək istərdik. Son bir neçə ay ərzində bu cür hallar tez-tez təkrarlanır”, - deyə T. Lador bildirib.

Məlumata görə, konsulluğun ərazisinə atılan butulkada yandırıcı qarışıq tapılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm