Avropa
Makron Fransanın "ayağına" BALTA ÇALDI - “Brexit” qoxusu Parisdə duyula bilər
Fransa Prezidenti Emmanuel Makronun ölkə parlamentinin vaxtından əvvəl buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarı Fransanın Avropa İttifaqından çıxmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu fikri Aİ-nin "Brexit" üzrə müzakirəçisi Mişel Barnye bildirib.
Barnye qeyd edib ki, Makronun rəhbərlik etdiyi Renessans partiyasının seçkilərdə sağçı Milli Ralli üzərində qələbə qazanacağına ümidlər çox risklidir. Diplomatın fikrincə, sorğularda lider olan Milli Assosiasiyanın liderləri respublikanın Avropa İttifaqından çıxmasını istəyə bilər.
“Mən düşünmürəm ki, Le Pen və ya Bardella öz fikirlərini dəyişib. Onlar hələ də anti-Avropa baxışlarını saxlayırlar”, - Barnye bildirib.
Xatırladaq ki, iyunun 19-da Makron Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu elan edib. İlk tur iyunun 30-da, kinci tur isə iyulun 7-də baş tutacaq.
Hüseyn İbadlı
-
Hadisə16:30
Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO
-
Rəsmi xronika14:35
İlham Əliyev sərəncam imzaladı
-
Rəsmi xronika14:05
İlham Əliyev bu əsasnaməni təsdiqlədi
-
Dünya13:30
Ərdoğan ürəyini jurnalistlərə açdı: ABŞ-dan bunu gözləyir
-
Yaxın Şərq13:08
"Hizbullah"da "yarpaq tökümü": Nəsrullah da sıradan çıxarıldı - Rəsmi
-
Sosial12:15
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
-
Sağlamlıq11:10
Sağalmaq üçün qəbul edirik, amma zəhərləyir: Spirtli, enerji içkiləri ilə...