Britaniyanın yeni baş naziri hökumətin tərkibini açıqladı - Nazirlərin adları
Bizi izləyin

Avropa

Britaniyanın yeni baş naziri hökumətin tərkibini açıqladı - Nazirlərin adları

Böyük Britaniyanın baş naziri vəzifəsinə rəsmən başlayan Leyboristlər Partiyasının lideri Key Starmer kabinetinin tərkibini açıqlayıb.

Publika.az xəbər verir ki, yeni hökumətdə postların əksəriyyətini əvvəllər rəsmi müxalifətin kölgə kabinetinin üzvləri olan Starmerin partiya üzvləri tutublar.

Reyçel Rivz Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri postunu tutaraq tarixdə bu vəzifəni icra edən ilk qadın olub. Leyboristlər Partiyası sədrinin müavini Angela Rayner baş nazirin müavini təyin edilib. İvet Kuper Böyük Britaniya Daxili İşlər Naziri seçilib. Xarici İşlər Nazirliyinə David Lammy, Müdafiə Nazirliyinə isə Con Healy rəhbərlik edəcək.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm