Ukraynalılar Vyananın mərkəzində etiraz etdilər: Avropanın gələcəyi yoxdur
Bizi izləyin

Avropa

Ukraynalılar Vyananın mərkəzində etiraz etdilər: Avropanın gələcəyi yoxdur

50-yə yaxın ukraynalı fəal çərşənbə axşamı Vyanada ifrat sağçı Avstriya Azadlıq Partiyasının da daxil olduğu mümkün hökumət koalisiyasına qarşı etiraz aksiyası keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Der Standard” məlumat yayıb.

Federal kansler və prezident sarayının yaxınlığında 50-yə yaxın ukraynalı "FPÖ ilə koalisiya yoxdur!" və "FPÖ-dən daha yaxşı SPÖ!" şüarları səsləndiriblər.

SPÖ Avstriyanın sosial-demokrat partiyasıdır. Bu partiya potensial olaraq kansler Karl Nehammerin hələ də iqtidarda olan Avstriya Xalq Partiyası ilə koalisiya yarada və bununla da ifrat sağçı hökumətin yaranmasına mane ola bilər.

Ukraynanın “Mriya” assosiasiyasından fəal Mixail Karioti deyib: “FPÖ ilə koalisiyada Avstriyanın və dinc və azad Avropanın gələcəyi yoxdur”.

O, kansler Karl Nehammeri demokratik və Avropayönlü qüvvələrlə koalisiya yaratmağa çağırıb. Fəalın fikrincə, Avstriyada ölkənin müstəqilliyini Moskva və Putindən müdafiə edəcək “əsl kansler” olmalıdır.

İfrat sağçı Rusiyayönlü Avstriya Azadlıq Partiyası bazar günü, sentyabrın 29-da keçirilən seçkilərdə ölkə tarixində ilk dəfə olaraq təxminən 29% səs toplayaraq birinci yeri tutub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm