Viktor Orban bunu da BACARDI: yaratdığı alyans AP-da fraksiya statusu alacaq
Bizi izləyin

Avropa

Viktor Orban bunu da BACARDI: yaratdığı alyans AP-da fraksiya statusu alacaq

Yaradılmasında Macarıstanın Baş naziri Viktor Orbanın iştirak etdiyi "Avropa üçün Vətənpərvərlər" sağçı alyansı Avropa Parlamentində (AP) rəsmi fraksiya statusu almaq üçün kifayət qədər dəstəyə nail ola bildi.

Publika.az xəbər verir ki, bu barədə "Politico" yazır .

Qaydalara görə, fraksiya statusu almaq üçün bir qrupda 7 ölkədən 23 deputat olmalıdır. Belçikanın “Flemish Interest” partiyası ona qoşulduqdan sonra “Avropa üçün Vətənpərvərlər” kifayət qədər say toplayıb.

Marin Le Pen tərəfindən yaradılan Fransa Milli Ralli partiyasının üzvlərinin AP-dəki digər qruplarla danışıqlar apardığı, nəticədə partiyanın “Avropa üçün Vətənpərvərlər” alyansına qoşula biləcəyi daha əvvəl bildirilmişdi.

İyunun 30-da V.Orban Vyanada keçirilən görüşdə Avropa Parlamentində Herbert Kiklin Avstriya Azadlıq Partiyası və Çexiyanın sabiq Baş naziri Andrey Babişin ANO 2011 partiyasının da daxil olacağı yeni sağçı qrupun yaradılması planlarını açıqlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm