İranda nə baş verir? - Xomeyni adına aeroport AÇIQLAMA YAYDI
Bizi izləyin

Region

İranda nə baş verir? - Xomeyni adına aeroport AÇIQLAMA YAYDI

İranın ölkənin qərbinə NOTAM xəbərdarlığı etməsi ilə bağlı məlumatın saxta olduğu üzə çıxıb.

Publika.az "Mehr" agentliyinə istinadla xəbər verir ki, bunu İmam Xomeyni adına Beynəlxalq Hava Limanının rabitə və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cavad Salehi deyib.

“Bu axşam (5 oktyabr, şənbə) “NOTAM buraxılışı - Qərbi İran üçün uçuş təhlükəsizliyi xəbərdarlıqları” başlıqlı xəbərlə bağlı şayiələr ortaya çıxdı. Bu xəbər saxta idi”, - Salehi bildirib.

Onun sözlərinə görə, Tehran belə bir xəbərdarlıq etməyib.

Bir sıra KİV-lərin yazdığına görə, İran hərbi təlimlərlə əlaqədar ölkənin qərb hissəsindəki hava məkanı üçün NOTAM (Hərbiçilər üçün bildiriş, uçuş təhlükəsizliyi bildirişi) verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm