Polşa prezidenti nədən danışdığını dərk etmir - Senator
Bizi izləyin

Avropa

Polşa prezidenti nədən danışdığını dərk etmir - Senator

Polşa prezidenti Anjey Duda Rusiya Federasiyası ilə NATO arasında mümkün münaqişəni şərh edərkən, yəqin ki, nədən danışdığını tam başa düşməyib.

Publika.az xəbər verir ki, bu barədə “360” telekanalı senator Aleksey Puşkovun teleqram kanalına istinadən məlumat yayıb.

Siyasətçi qeyd edib ki, Polşa liderinin bəyanatı sadəcə olaraq ritorika deyil. Puşkovun sözlərinə görə, o, Şimali Atlantika Alyansına üzv olan ölkələrin rəhbərliyinin yarısının fikrini ifadə edir:

"Hazırda Avropada gərgin istilik var, bəzi insanların beyni əriyir. Nəticə: Duda təkəbbürlüdür, Polşanı iki dəfə milli fəlakətə məhkum edib".

Sonda Puşkov bəzən danışmaqdansa susmağın yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, Polşa prezidenti Duda Rusiyanın Ukraynada qələbəsinin NATO ilə müharibəyə səbəb ola biləcəyini deyib. O, Rusiya ilə Qərb arasında potensial müharibənin inanılmaz dərəcədə yaxın olduğuna inandığını bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm