Azərbaycandan yola düşən Pavel Durov bu ölkədə HƏBS EDİLDİ
Bizi izləyin

Avropa

Azərbaycandan yola düşən Pavel Durov bu ölkədə HƏBS EDİLDİ

"Telegram" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Fransada həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

Durov şənbə günü saat 20:00 radələrində şəxsi təyyarəsindən "Le Burje" hava limanının uçuş-enmə zolağına enərkən saxlanılıb. "Telegram"ın qurucusunu mühafizəçisi və bir qadın müşayiət edib.

"Telegram"ın yaradıcısı Fransa birbaşa Azərbaycandan gəlib. Onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, avqustun 20-də Rusiya Prezidenti Vladimir Putinin Pavel Durovla Bakıda görüşməkdən imtina etdiyi barədə məlumat yayılıb.

"Putin və Durov eyni vaxtda Bakıda olublar. Putinin Azərbaycana səfərindən bir neçə gün əvvəl prezident administrasiyasının üzvləri ona "Telegram"ın yaradıcısı Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib, - "Baza" mənbələri bildirib.

İmtina səbəbləri və uğursuz görüşün mövzusu məlum deyil.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm