Avropa
Durov Fransanın tələbinə BOYUN ƏYDİ - Təhlükəli proses başladıldı
"Telegram"ın yaradıcısı Pavel Durovun saxlanması onu Fransa təhlükəsizlik qüvvələri ilə əlaqə yaratmağa və onlara "Telegram" istifadəçilərinin kimliyini müəyyən etməyə kömək edəcək məlumatları təqdim etməyə məcbur edib.
Publika.az xəbər verir ki, bu barədə "Libération" məlumat yayıb.
Nəşrin məlumatına görə, son vaxtlara qədər Durovun messenceri hüquq-mühafizə orqanlarının sorğularına məhəl qoymurdu, lakin indi "Telegram" “görünməmiş əməkdaşlığa” başlayıb və sorğulara cavab verir.
Platforma milli polisin Yetkinlik yaşına çatmayanlar idarəsinin (Ofmin) və jandarmeriyanın bir sıra cinayət araşdırmalarında sorğularına cavab verib və şübhəliləri müəyyən etməyə kömək edə biləcək məlumatları təqdim edib. Xüsusilə, uşaqlara qarşı cinayətlərdən söhbət gedir.
Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsinin rəhbəri Joanna Brousse "Libération"a "Qapı həqiqətən açılır" deyib.
Qəzet qeyd edir ki, bütün Fransa təhlükəsizlik qüvvələrinə "Telegram"dan məlumat ala bilmədiyi üçün dayandırılmış araşdırmaları bərpa etmək tövsiyə olunub.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də "Le Burje" hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. O, messencerdə qeyri-qanuni məzmunu qəsdən tənzimləməməkdə ittiham olunub.
"Libération" əvvəl yazmışdı ki, "Telegram"ın qurucusu “həbsdən şoka düşüb”, çünki messencerin Fransa əks-kəşfiyyatı ilə əlaqə kanalı var idi.
Hüseyn İbadlı
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ