Sosial
Bu gün yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.
-
Magazin101:11
Emin Ağalarovu belə görməmisiniz - FOTO
-
Nida Xəbər 00:30
Erməni ordusunun şərti sərhəddəki postu - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ailədə fikir ayrılığı yarana bilər
-
Sosial17 Sentyabr 23:36
Son bir ildə ət niyə kəskin bahalaşıb? - VİDEO
-
Elm və təhsil17 Sentyabr 23:24
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi
-
Magazin117 Sentyabr 20:40
Aygün Kazımova büstqalter və mini şortda poza verdi - VİDEO
-
Sosial17 Sentyabr 20:15
Azərbaycanda su BAHALAŞACAQ? - RƏSMİ CAVAB
-
Nida Xəbər 17 Sentyabr 20:05
Prezidentin görüşündə o incə detal - FOTO