Avropa
Rumıniya parlamentində YANĞIN: 300-dən çox insan...
Rumıniya parlamenti binasından 300-dən çox insan təxliyə olunub.
Publika.az xəbər verir ki, Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bir kişi binanın girişlərinin birində yanğın törədib.
Hadisə ziyarətçilər üçün nəzərdə tutulmuş sahədə - sərgi salonu və suvenir mağazalarının yerləşdiyi ərazidə baş verib.
“60-65 yaşlarında bir kişi yanar maye töküb və otaqda yanğın törədib, alov 30 kvadratmetr ərazini əhatə edib. Binadan 300-dən çox insan təxliyə edilib”, - deyə məlumatda deyilir.
Yanğınsöndürənlər dərhal hadisə yerinə gəlib, yanğını lokallaşdırıb və söndürüblər. Rumıniya mətbuatı cinayətkarın qaçmağı bacardığını bildirir.
Buxarestin mərkəzində yerləşən Rumıniya parlament binası “Çauşesku Sarayı” kimi də tanınır və dünyanın ən ağır binası sayılır, onun çəkisi 4 milyon tondan çoxdur.
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
-
Hadisə9 Oktyabr 19:55
Bakıda intihar edən şəxs müəllim imiş - FOTO