Avropada ən yüksək inflyasiya hansı ölkədədir?
Bizi izləyin

Avropa

Avropada ən yüksək inflyasiya hansı ölkədədir?

Rumıniya Avrozonada ən yüksək inflyasiya səviyyəsinə malik ölkə olub.

Publika.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Rumıniya, həmçinin Aİ-də inflyasiyanın ən sürətlə artan ölkəsi kimi tanınıb. Bu ölkədə ötən il 2,2 faiz olan inflyasiya bu il 5,3 faiz təşkil edib. Yüksək inflyasiyanın səviyyəsi də müəyyən edilib: Belçikada 4,3 faiz, Polşada 4 faiz.

Litva və Latviyada ən aşağı inflyasiya səviyyəsi qeydə alınıb, müvafiq olaraq 0,8 və 0,9 faiz. İrlandiya, Sloveniya və Finlandiyada bu, cəmi 1,1 faiz təşkil edib. Avropa İttifaqının illik inflyasiyası avqustda 2,4 faiz, iyulda isə 2,8 faiz təşkil edib. Ötən il bu, 5,9 faiz olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm