MDB
Küçə itləri qadını PARÇALADILAR
Tatarıstanda quduz küçə itləri qadını parçalayaraq öldürüblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə Samosırovo kəndində baş verib. 48 yaşlı qadın səhər işə getmək üçün yola çıxıb. İlkin məlumata görə, qadın qısa yoldan istifadə edərək istehsalat bazasından keçmək qərarına gəlib. O, iş yerinə çatmayıb və axşam da evə qayıtmayıb. Bu səbəbdən yaxınları həyəcan təbili çalıblar.
İki kəndin sakinləri itkin düşən qadını axtarmağa başlayıblar. Qadın boş ərazidə tapılıb. Onu xilas etmək mümkün olmayıb. Rus qadına bazanın ərazisində yaşayan itlər hücum ediblər. Onun bədənində çoxsaylı diş izləri aşkar edilib. Qurbanın paltarı cırılıb, bədəninin bəzi hissələri sümüyə qədər gəmrilib.
Kazan meriyasının bildirdiyinə görə, bazanın ərazisində azı 40-a yazın it yaşayır, lakin müəssisənin sahibi ov xidmətinin mütəxəssislərini obyektə buraxmır.
Faktla bağlı cinayət işi başlanıb.
Hüseyn İbadlı
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü


























.jpg)







.jpg)



