Avropa
Fransa Rusiyanı qorxutdu: Quru qoşunlarını Ukraynaya göndərir
Fransa Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmir.
Publika.az xəbər verir ki, bunu “Berliner Zeitung” qəzetinə müsahibəsində ölkənin Avropa məsələləri üzrə dövlət katibi Benjamin Haddad deyib.
“Fransa Prezidenti Emmanuel Makron dedi ki, biz heç nəyi istisna etməməliyik və bu, doğru olaraq qalır. Xüsusilə, biz təlim missiyaları keçirməyi düşünməliyik. Bu, bizim müttəfiqlərimizlə aparmalı olduğumuz debatdır”, - deyə dövlət katibi bildirib.
Parisin Ukraynaya quru qoşunlarının göndərilməsinin istisna edilməməsi ilə bağlı mövqeyinin qalıb-qalmadığı ilə bağlı suala Haddad müsbət cavab verib. O, həmçinin Kiyevi Rusiya hədəflərinə hücumlar üçün uzaqmənzilli raketlərlə təmin etməyi zəruri hesab edib.
Fevralın 27-də Emmanuel Makron bildirib ki, o, Ukraynaya kömək üçün Qərb ölkələrindən qoşun göndərilməsini istisna etmir. Əlavə edib ki, indiyədək quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus əldə olunmayıb. Makronun fikrincə, bunun üçün şərt cəbhənin Kiyev və Odessaya irəliləməsi ola bilər.
Tural
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI