Nəqliyyat
Müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri açıqlandı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy, Bakı-Göygöl, Bakı-Kürdəmir, Sumqayıt-İsmayıllı şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
Bu barədə Publika.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
“Bakı-Sınıq Körpü” (Qazax Sərhəd-Keçid Məntəqəsi), “Bakı-Tərtər” və “Bakı-Bərdə” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
“Bakı-Gədəbəy” marşrutu üzrə hüquqi şəxs “Xoşqədəmli” MMC;
“Bakı-Göygöl” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu;
“Bakı-Kürdəmir” marşrutu üzrə fiziki şəxs Cəfərov Soltan Şəmsəddin oğlu;
“Sumqayıt-İsmayıllı” marşrutu üzrə fiziki şəxs İslamov Mərdan Əfqan oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































