KXDR xüsusi təyinatlıları bu ölkəyə YERİDİLDİ
Bizi izləyin

Avropa

KXDR xüsusi təyinatlıları bu ölkəyə YERİDİLDİ

Qərb kəşfiyyat xidmətləri güman edir ki, Rusiyaya təlim keçmək üçün göndərildiyi iddia edilən Şimali Koreya ordusunun az sayda hərbçisi artıq Ukrayna ərazisindədir.

Publika.az xəbər verir ki, bu barədə oktyabrın 29-da CNN məlumat yayıb.

Amerikalı jurnalistlərin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinə yardım üçün göndərilən KXDR hərbçilərinin əksəriyyəti xüsusi təyinatlılardır. Hələlik mənbələr etiraf edirlər ki, onların döyüş meydanında effektivliyini qiymətləndirmək asan deyil.

"Eyni zamanda, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatında iştirak edən Şimali Koreya hərbçilərinin sayının arta biləcəyini də istisna etmək olmaz", - CNN qeyd edir.

Bu arada, Kiyevin Qərb müttəfiqləri müşahidə edir, məsləhətləşir və kəşfiyyat məlumatlarını fəal şəkildə paylaşacaqlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm