Avropa
Məşhur “qanuni oğru” polisdən qaçmaq istəyərkən 4-cü mərtəbədən tullandı və...
İspaniyada kriminal dairələrdə Sandrik kimi tanınan 40 yaşlı gürcü “qanuni oğru” Sandro Kurasbediani yerli polisdən qaçarkən 4-cü mərtəbədən atılaraq ayaqlarını sındırıb.
Publika.az xəbər verir ki, bu barədə “Prime Crime” məlumat yayıb.
Nəşrin yazdığına görə, o, tullanışın uğurlu olacağını düşünsə də, imkanlarını hesablamayıb. Hazırda həbs altında olan “qanuni oğru”nun ayaqları gipsdədir.
Onu ölkədən deportasiya gözləyir. “Prime Crime”ə görə, avtoritet “qanuni oğru” Vaja Biqanişvilinin (Vaja Tbilisski) sağ əlidir.
2020-ci ildə Beynəlxalq Cinayət Təşkilatlarının Təqibi Departamentinin və Attika Təhlükəsizlik Xidmətinin Mütəşəkkil Cinayətkarlıqla və İnsan Alverinə Qarşı Mübarizə Departamentinin əməkdaşları Sandriki Afinanın dəbdə olan cənub ətraflarında saxlamışdı. Yunan mətbuatı onu Avropadakı rus mafiyasının liderlərindən biri adlandırıb.
Sandriç İspaniya hakimiyyəti tərəfindən cinayət təşkilatının yaradılması, qanunsuz silah saxlama, saxtakarlıq, fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı cinayətlərə görə axtarışdadır.
Tural
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ








































