Avropa
İran xəritədən silinib? - Avropalı deputatlar İslam ölkəsini tapa bilmədilər
Avropa Parlamentinin deputatları dünyanın xəritəsində İranı tapa bilməyiblər, respublikanı Türkiyə və Yaxın Şərqin digər ölkələri ilə qarışdırıblar.
Publika.az xəbər verir ki, bunu Fransanın "Le Parisien" nəşri paylaşıb.
Bildirilir ki, TMC telekanalının “Quotidien” proqramının müxbiri Avropa Parlamentinin deputatları arasında sorğu keçirib. O, siyasətçilərə ölkələrin adları yazılmamış dünya xəritəsini verib və onlardan İranı tapmağı xahiş edib.
Fransanın Avropa işləri üzrə naziri Hörmüz boğazını göstərib, Sosialist Partiyasından Avropa Parlamentinin deputatı Emma Rafoviç İranı Bolqarıstanla qarışdırıb, İntibah Partiyasından deputat Fabien Keller respublikanı Türkiyə ilə səhv salıb. Avropa Parlamentinin "Yaşıllar"dan olan deputatı Mari Tussenə gəldikdə, o, uzun tərəddüdlərdən sonra Əfqanıstanı seçib. "Yaşıllar"dan olan digər deputat David Korman isə Səudiyyə Ərəbistanına işarə edərək cavabı tapdığını hesab edib.
Qeyd edək ki, düzgün cavabı “Üsyançı Fransa” partiyasının həmsədri Manon Aubri verib.
Adəm
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər

















.webp)





















