Avropa
Estoniyanın eks-prezidenti vəfat etdi - FOTO
Dekabrın 31 - də axşam Estoniyanın keçmiş prezidenti Arnold Rüütel 96 yaşında öz vətənində vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” ölkə prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Estoniya SSR Ali Sovetinin rəyasət heyətinin, daha sonra isə müstəqil Estoniyanın Ali Sovetinin sədri vəzifəsini tutan Arnold Rüütel respublikanın müstəqilliyinin bərpası prosesində mühüm rol oynayıb. Dövlət başçısının aparatının rəsmi bəyanatında vurğulanır ki, məhz onun işğal olunmuş Estoniyada fəal iştirakı ilə keçid dövrü başlayıb, bu dövrdə SSRİ-nin dövlət hakimiyyəti qanunsuz kimi tanınıb və ölkənin müstəqilliyi bərpa edilib.
Rüütel prezident kimi Estoniyanın tarazlı inkişafı və sosial uzlaşma prosesinin başlanması üçün səy göstərib.
O, 2001-ci ildə Estoniya prezidenti seçilib və onun səlahiyyət müddəti 2006-cı il oktyabrın 9-dək davam edib. Rüütel həmçinin Estoniyanın Avropa İttifaqı və NATO-ya qoşulması ideyasını fəal şəkildə dəstəkləyib.
Prezident Alar Karis, Sirje Karis və bütün prezident administrasiyası ilə birlikdə Arnold Rüütelin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Hüseyn İbadlı
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki







































