Avropa
Aİ-dən Ukrayna və Moldovaya 148 milyon avroluq yardım

Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım və Moldovada ukraynalı qaçqınlar üçün həyata keçirilən layihələrə 148 milyon avro ayırıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Qeyd edilib ki, bununla da Avropa İttifaqının humanitar yardımı 1,1 milyard avroya çatıb.
“Müharibə Ukraynanı viran etməkdə davam etdiyindən, təxminən 12,7 milyon insanın təcili yardıma ehtiyacı var”, - deyə məlumatda deyilir.
Ukraynada humanitar layihələrə 140 milyon avro ayrılıb. Maliyyələşdirmə ərzaq, sığınacaq, təmiz su, səhiyyə və qış vaxtı mühafizə də daxil olmaqla, təcili yardıma yönəldiləcək. Əsas prioritetlər Ukraynanın müharibədən güclü zərər çəkmiş bölgələrində həssas əhali qruplarının dəstəklənməsidir.
Moldovada humanitar layihələrə isə 8 milyon avro ayrılıb. Dəstəyin əsas məqsədi ukraynalı qaçqınlara və onları qəbul edən Moldova icmalarına yardımın göstərilməsidir.

-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
-
Magazin19 Fevral 21:48
Xoşqədəm Doğuşdan ayrılıb?
-
Səhiyyə9 Fevral 20:48
Xərçəng hüceyrələrini BƏSLƏYƏN ƏZA - Bütün növləri metastaz verə bilər