ABŞ
Trampın qorxulu ssenarisi reallaşır: qanun layihəsi təqdim edildi, İŞĞAL EDƏCƏKLƏR
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Nümayəndələr Palatasında müttəfiqləri Qrenlandiyanın satın alınmasına icazə verən qanun layihəsi təqdim ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
“Qrenlandiyanı yenidən möhtəşəm et” adlı layihəyə respublikaçı Endi Oqles rəhbərlik edib və digər 10 respublikaçı həmkarı tərəfindən dəstəklənib. Sənəd yeni prezidentə inauqurasiyadan dərhal sonra Danimarka ilə Qrenlandiyanın alınması üçün danışıqlara başlamağa imkan verir:
“Amerikanın iqtisadi və təhlükəsizlik maraqları artıq arxa planda qalmayacaq və Nümayəndələr Palatasının respublikaçıları prezident Trampa Amerika xalqı adından uğur qazanmağa kömək etməyə hazırdır”.
Qeyd olunur ki, belə bir alış üçün Nümayəndələr Palatasının vəsait ayırması və ABŞ Senatının təsdiqi tələb olunur.
Xatırladaq ki, bu yaxınlarda Tramp birbaşa bəyan etmişdi ki, Danimarka Qrenlandiyadan imtina etməlidir, çünki bu ərazi ABŞ-a lazımdır.
Danimarka isə onun satılmadığını bildirib, həmçinin kral ölkənin gerbini dəyişdirib - Qrenlandiya və Farer adalarını simvolizə edən təsvirlər ona əlavə edilib. Eyni zamanda, Danimarka Amerika tərəfi ilə münasibətləri saxlamaq istədiklərini və Vaşinqtonun regionda Rusiyadan daha böyük təsirə malik olmasını zəruri hesab etdiklərini bildirir.
Akqabay
-
Dünya19:24Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq
-
Magazin118:24Mətanət İsgəndərli dəbdəbəli mənzilində bahalı geyimlərini GÖSTƏRDİ - VİDEO
-
Avropa17:48Berlindən müəmmalı qərar: Hərbçilər təcili Qrenlandiyadan çıxarılır
-
İdman16:58“Qarabağ”la oyundan öncə “Ayntraxt”dan şok qərar: Baş məşqçi qovuldu
-
İdman16:29"Mançester Yunayted"in əfsanəsi kar oldu
-
MDB16:18Donmuş avtomobilini qızdıran zaman yandırdı - VİDEO
-
Nəqliyyat16:09Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
-
Magazin214:2870 yaşlı keçmiş siyasətçi çimərlik geyimində poza verdi - FOTO
















.jpg)









.jpg)










