Avropa
İtaliya qəzeti 20 Yanvar faciəsindən yazdı

İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində 20 Yanvar faciəsi ilə əlaqədar məqalə dərc olunub.
Publika.az xəbər verir ki, yazıda 35-ci il əvvəl baş vermiş Yanvar hadisələrinin müasir Azərbaycanın müstəqilliyinə gedən yolda xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Qeyd olunur ki, Sovet İttifaqı rəhbərliyinin ayrı-seçkilik siyasəti və ölkəmizin Qarabağ bölgəsində yaşayan yüz minlərlə azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qalması Azərbaycan xalqının başlatdığı kütləvi etiraz aksiyalarının və milli azadlıq hərəkatının əsasını təşkil edib. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridilib. Sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirib, 744 günahsız insan yaralanıb, bu qətliam Azərbaycan tarixinə “Qara Yanvar” kimi düşüb.
Vurğulanır ki, dinc əhaliyə qarşı törədilən bu kütləvi qırğınlar BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Bu faciədən dərhal sonra - yanvarın 21-də həyatını təhlükə qarşısında qoyan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını cəsarətlə ittiham edərək xalqa bağlılığını əməli şəkildə göstərib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsi ilə xalqımızın məruz qaldığı dəhşətli faciəyə rəsmi olaraq siyasi-hüquqi qiymətin verilib.
Diqqətə çatdırılır ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı hesab olunur. 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa edən Azərbaycanda sülhün bərqərar olması üçün canlarından keçmiş şəhidlərin xatirəsi daim anılır.

-
Magazin203:43
“Muhteşem Yüzyıl”ın ulduzu Kremldə çıxış edəcək
-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
-
Magazin19 Fevral 21:48
Xoşqədəm Doğuşdan ayrılıb?