Avropa
Makron onları hədələdi: Sərt olacağıq
Fransa hakimiyyəti Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra baş verən kütləvi iğtişaşlarda iştirak edənlərin hamısını ciddi şəkildə cəzalandıracaq.
Publika.az xəbər verir ki, müvafiq bəyanatla respublika prezidenti Emmanuel Makron çıxış edib.
Makron bu vədi PSJ klubunun futbolçuları və məşqçilər heyəti üçün Yelisey sarayında keçirilən qəbul zamanı verib.
"Məhkəmə və cəza olacaq. Biz sərt olacağıq", - Fransa dövlət başçısı bildirib.
O, baş verənlərin futbolla heç bir əlaqəsi olmadığını vurğulayıb.
Makron hüquq-mühafizə orqanlarının əməkdaşlarına və kommunal xidmətlərə də minnətdarlığını bildirib.
Qeyd edək ki, hələ final fiti səslənməmiş Paris polisi Yelisey meydanında iğtişaş törədən kütləyə qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Xuliqanlar polisə daş və şüşə atıblar.
Fransada PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda 2 nəfər ölüb, 192 nəfər yaralanıb. Hadisələrdə iştirak edən 559 nəfər, o cümlədən 491 nəfər saxlanılıb.
Tural
-
Dünya05:45Zelenskinin maaşı açıqlandı
-
MDB03:44“Qiyamət Radiosu”ndan yeni mesajlar
-
ABŞ02:19ABŞ İrana vaxt qoydu: Bu tarixədək...
-
İdman01:40Haaland unikal avtomobil aldı: Yarım milyona - Foto
-
Dünya00:45İsraildə bu şəxslər edam ediləcək - Yeni qanun
-
Elm və təhsil00:25Bu gündən bütün məktəblərdə dərs başlayır
-
Ekopublika.az30 Mart 22:32Toy etmək daha baha başa gələcək? - Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama
-
İdman30 Mart 19:00Bu göstəricidə Messinin öldürücü üstünlüyü: Ronaldo 4-cüdür
















.webp)


















