MDB
Məmurun villasında milyonluq sərvət tapıldı - Qalmaqallı detallar
Rusiyanın hərbi-sənaye nəhəngi “Rostex”lə əlaqəli yüksək vəzifəli şəxslə bağlı qalmaqallı detallar üzə çıxıb.
Publika.az xəbər verir ki, İspaniya hüquq-mühafizə orqanları “Rusiya Helikopterləri” holdinqinin rəhbəri Nikolay Kolesovla əlaqəli villalarda aparılan axtarışlar zamanı böyük həcmdə pul və qiymətli əşyalar aşkar edib.
Məlumata görə, Mayorkada yerləşən elit daşınmaz əmlaklarda keçirilən əməliyyat çərçivəsində hüquq-mühafizə orqanları aşağıdakıları aşkarlayıb:
- təxminən 300 min avro nağd pul (mebellərdə gizlədilmiş formada)
- bahalı saat və zinət əşyaları, o cümlədən yüksək dəyərli “Rolex” modelləri
- “Ferrari”, “Bentley”, “Range Rover” və BMW daxil olmaqla 6 lüks avtomobil
- “Beretta” markalı odlu silah
Axtarışlar çirkli pulların yuyulması, sanksiyalardan yayınma və mütəşəkkil cinayət fəaliyyəti ilə bağlı istintaq çərçivəsində aparılıb. Əməliyyat zamanı Kolesovun aktivlərini idarə etdiyi iddia olunan bir neçə şəxs də saxlanılıb.
Bildirilir ki, hələlik rəsmi ittiham irəli sürülməyib.
Qeyd edək ki, Nikolay Kolesov “Rusiya Helikopterləri” holdinqinə rəhbərlik edir və vaxtilə Amur vilayətinin qubernatoru olub. O, həmçinin “Rostex” rəhbəri Sergey Çemezovla yaxın əlaqələri ilə tanınır. Sergey Çemezov isə Kremlə ən yaxın oliqarx məmurlardan sayılır.
Araşdırmalarda iddia olunur ki, Kolesov müxtəlif sxemlər vasitəsilə onlarla müdafiə sənayesi müəssisəsini və digər aktivləri özünə və yaxınlarına rəsmiləşdirib. (Musavat.com)
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
