İdman
Azarkeşlər VAR-a qarşı etiraz edirlər
İngiltərə Premyer Liqası klublarının azarkeşləri arasında keçirilən sorğu “Football Supporters Association” tərəfindən açıqlanıb.
Publika.az xəbər verir ki, nəticələr VAR sisteminə münasibətin əsasən mənfi olduğunu göstərib. Sorğuda təxminən 8000 azarkeş iştirak edib və onların yarıdan çoxu cari mövsümdə komandalarının ən azı 15 ev oyununu stadiondan izləyib.
Nəticələrə əsasən respondentlərin 97 faizi VAR-ın futbol izləməyi daha zövqlü etdiyini düşünmür. 90 faizdən çoxu bu sistemin stadion təcrübəsini yaxşılaşdırmadığını bildirib. 75,71 faiz azarkeş VAR-dan ümumiyyətlə istifadənin əleyhinədir. 70 faizdən çox respondent isə sistemin hakim qərarlarının dəqiqliyini artırdığı fikri ilə razılaşmayıb.
Beləliklə, Premyer Liqa azarkeşlərinin böyük əksəriyyəti VAR-ın tətbiqindən narazıdır və onun futbolun emosional və canlı təbiətinə mənfi təsir etdiyini düşünür.
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi






































