İlk dəfə CİDDİ TƏHLÜKƏ YARANDI - Britaniya müharibəyə hazırlaşmağa çağırır
Bizi izləyin

Avropa

İlk dəfə CİDDİ TƏHLÜKƏ YARANDI - Britaniya müharibəyə hazırlaşmağa çağırır

İlk dəfə CİDDİ TƏHLÜKƏ YARANDI - Britaniya müharibəyə hazırlaşmağa çağırır

Böyük Britaniyanın milli təhlükəsizlik strategiyasında deyilir ki, Böyük Britaniya öz ərazisində mümkün müharibəyə fəal şəkildə hazırlaşmalıdır.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənəddə qeyd olunur ki, krallıq üçün belə bir təhlükə uzun illər ərzində ilk dəfədir ki, yaranıb. Strategiyada vurğulanır ki, Böyük Britaniya birbaşa ölkə ərazisində, o cümlədən potensial hərbi münaqişə kontekstində mümkün təhlükəyə fəal şəkildə hazırlaşmalıdır.

Sənəddə Rusiya-Ukrayna münaqişəsindən də bəhs edilir və Rusiya “bütün qitə üçün təhlükə yaradan” ölkə adlandırılır.

Bir müddət əvvəl NATO-nun baş katibi Mark Rutte demişdi ki, ingilislər “ingilis dilini” qorumaq və rus dilində danışmağa başlamamaq üçün özlərini müdafiə etməli olacaqlar.

Rutte həmçinin alyansın sammitindən əvvəl blokun ictimai forumunda bəyan edib ki, Rusiya 2-3 həftə ərzində Ukraynadakı münaqişə zonasında ona qarşı istifadə olunan hərbi yenilikləri qəbul edib tətbiq edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm