Əmlak
Nduta Nkirote Mmbogori: Mənzil siyasətində inklüziv yanaşma vacibdir
Burada olmaq mənim üçün böyük zövqdür. Biz, sadəcə, layihələrdən faydalanan tərəf deyilik. Suyu olmayan evlərdə yaşayan, klinikaya getmək üçün iki avtobus dəyişən və köçürülmə xəbərdarlıqlarından kənarda qalan insanlarıq.
Publika.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclasında çıxışı zamanı Nduta Nkirote Mmbogori deyib.
O bildirib ki, birbaşa maliyyələşdirmə vacibdir.
“Bu, təkcə vasitəçi təşkilatlar üzərindən olmamalıdır. Hazırda bir çox yerli qruplar vəsaiti dolayı yolla alır və beynəlxalq QHT-lər 20 faiz inzibati xərc tutur. Buna görə də UN-Habitatı (BMT-nin Məskunlaşma Proqramı) yerli icmaları mənzil vəziyyətinin yaxşılaşdırılması, hüquqi yardım və mülkiyyət təhlükəsizliyi üçün birbaşa maliyyələşdirən sadələşdirilmiş qrant mexanizmlərinə keçməyə təşviq etməliyik. Bu yanaşma şəhər və milli mənzil strategiyalarında rəsmi töhfə kimi qəbul olunmalıdır. Məsələn, daşqına davamlı ev olsa belə, əgər klinikaya yol yoxdursa, bu ev tam faydalı sayılmır. Torpaq qeydiyyatı proqramı da o zaman uğursuz olur ki, qadınlar öz adlarına mülkiyyət qeydiyyatı edə bilmirlər. Bu əlaqələri ən yaxşı görənlər yerli təşkilatlardır. Həmçinin əlilliyi olan insanlar və yaşlılar üçün vəziyyətə baxaq: mənzil proqramlarının çoxunda - təxminən 95 faizində əlçatanlıq üçün ayrıca büdcə nəzərdə tutulmur”, - deyə o qeyd edib.
-
MDB13:41Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)
-
İnanc12:41Daha bir Avropa ölkəsi məktəbli qızların niqab taxmasına qadağa qoydu
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Nida Xəbər 10:29Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
İqtisadi gündəm10:2530 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində










.jpg)











.jpg)













