Nida Xəbər
Vuçiç: “Azərbaycanla ticarət dövriyyəmiz beş dəfə çox olmalıdır”
Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir.
Publika.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.
"Ümid edirəm ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapacağıq. Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik", - deyə Prezident qeyd edib.
O bildirib ki, Serbiyada, xüsusilə ölkənin şərq hissəsində yerləşən spa və dağ kurortları toxunulmamış təbiətə malikdir: "Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı əməkdaşlıq kimi qiymətləndirir".
A.Vuçiç əlavə edib ki, Serbiya investorları da Bakı və Azərbaycanın digər bölgələrinə investisiya yatırmaqda maraqlıdırlar.
Serbiya Prezidenti iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
İdman12:47Qabırğaları sınıb ağciyəri deşilsə də, yarışı dayandırmadı - VİDEO






.png)














.png)













.jpg)