Zelenskinin Qərb liderlərilə görüşü: Nələri müzakirə ediblər?
Bizi izləyin

Avropa

Zelenskinin Qərb liderlərilə görüşü: Nələri müzakirə ediblər?

Zelenskinin Qərb liderlərilə görüşü: Nələri müzakirə ediblər?

Ukrayna prezidenti Volodimir Zelenski NATO sammiti çərçivəsində E5 ölkələrinin liderləri - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və NATO-nun baş katibi Mark Rütte ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "Telegram" kanalında məlumat yayıb.

“Ukraynanın hava qalxanının gücləndirilməsi vacibdir və bu gün ilk növbədə hava hücumundan müdafiə sistemləri və İran dronlarını ələ keçirən qurğular haqqında danışdıq", - deyə Zelenski bildirib.

O, Rusiyaya təzyiqlərin ayrıca müzakirə edildiyini vurğulayıb:

"Rusiya Federasiyası hücum əməliyyatlarını gücləndirir və müharibəni bitirmək istəyini nümayiş etdirmir. Ona görə də onların enerji və bank sektorları üzərində, kölgə donanmasına qarşı işləmək və ikinci dərəcəli sanksiyalar tətbiq etmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm