Avropa
Rusiya xəbərdarlıq etdi: Regionda vəziyyət kəskin şəkildə pisləşib
İran-İsrail qarşıdurması regionda vəziyyəti kəskin şəkildə gərginləşdirib.
Publika.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi idarə rəhbərlərinin iclasında çıxışı zamanı deyib.
"Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, ilk növbədə, İran-İsrail qarşıdurması ilə bağlıdır. Həmçinin İsrail və ABŞ-ın İranın hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirməsi. Bu cür hücumlar BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", - Belousov deyib.
O vurğulayıb ki, Rusiya dərhal və bütün səviyyələrdə çoxsaylı insan tələfatı ilə bağlı İrana başsağlığı verib.
"Rusiya İsrail və ABŞ-ın hərəkətlərini qətiyyətlə pisləyib. O, münaqişənin deeskalasiyasına töhfə verməyə və bu prosesdə vasitəçilik səylərini təmin etməyə hazır olduğunu bəyan edib”, - Rusiyanın müdafiə naziri bildirib.
Onun qiymətləndirməsinə görə, Suriyadakı hadisələr, Qəzza zolağındakı humanitar fəlakət və Livandakı vəziyyət eyni sıradadır. Belousov həmçinin qeyd edib ki, Yaxın Şərqdən terror ideologiyalarının yayılması və yaraqlıların Əfqanıstana tranziti davam edir.
Rusiyanın müdafiə naziri əlavə edib ki, regionda davam edən qeyri-sabitlik ŞƏT məkanında transmilli cinayət və terror təhlükəsinin əsas mənbəyidir.
Akqabay
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO




































.jpg)



